Konqo Respublikasının prezidenti Qazaxıstana səfər edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat verib.
Bildirilib ki, səfərin detalları Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli arasında keçirilən görüşdə müzakirə olunub.
Prezident Kasım-Jomart Tokayev deyib ki. bu səfər Qazaxıstan və Konqo Respublikası arasında qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək üçün səmimi istəyin əlamətidir.
Mehman Mehdiyev