Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neo-nasizm Avropanı dünyadan təcrid edir

Neo-nasizm Avropanı dünyadan təcrid edir


Son illərdə qatı millətçiliyin, neofaşizmin dərin təşviqatçısı və ideoloji yayıcıları olan sağçı qüvvələrin hakimiyyətə gəlməsi Avropada siyasi parçalanmalarla müşayiət olunmaqdadır.

Ötən gün Avropa Parlamentinə seçkilərdə Fransada ifrat sağçı “Milli Ralli Partiyası”nın qələbəsi və Fransa Parlamentinin buraxılması Avropanın siyasi bütövlüyündə dərin çatların daha da böyüyəcəyindən və mövcud olan geosiyasi böhranın dərinləşcəyindən xəbər verir.

Sağçıların populyarlıq qazanması əlbəttə son illərdə neo-faşizm və neo-nasizm meyillərinin güclənməsi başqa xalqların və millətlərin Avropa strukturlarında və siyasi idaretmədə yüksək post tutmasından yaranan qıcıq, kin və nifrət, anti-immiqrant-ksenofobik ritorika ilə daha çox bağlıdır.

Sağçılar Avropanın siyasi və iqtisadi, ictimai, sosial idaretmə institutalarının ancaq “ali irq”in üzvləri üçün nəzərdə tutulduğu, başqa millətlərin aşağı təbəə düşüncəsi ilə hərəkət edir.

Ancaq bu ultraqüvvələrin siyasi səhnədə daha ön plana çıxmasının əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsinin doğurduğu acı nəticələr və miqrasiyanın artması, kəskin enerji böhranı, regionda həyat şəraitinin çətinləşməsi və s. meyillərlə də bağlıdır.
Artıq İsveç, Niderland, Belçika, Fransa, Almaniya və s. digər ölkələrdə sağçı partiyaların seçkilərdə aramsız qələbə qazanmaları artıq Avropa dəyərləri, demokratiya, insan haqları kimi prinsiplərin də kəskin şəkildə zədələnməsinə yol açmaqdadır.

Ona görə də Avropa Şurası, Avropa Parlamenti və strukturlarda qatı millətçiliyin, kseneofobiyanın, dini-irqi ayrı-seçkiliyin, islamofobiya və türkofobiyanın artması Avropa Birliyinin dünya ilə körpülərini də təhlükə altına qoyur.

Sözsüz ki, belə bir anti-humanist, neo-nasist düşərgəni ələ keçirmiş siyasi nomenklatura ilə əməkdaşlıq İslam və Türk dünyasının, o cümlədən Azərbaycanı milli mənafeyinə və siyasi iradəsinə ziddir.

Cənab Prezident İlham Əliyevin ötən həftə TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən söylədiyi kimi Avropa müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Başqalarına qarşı ayri-seçkilik edən, demokratik haqlarına hörmət etməyən Avropa ailəsində yer almaq da heç lazım deyil.

Həqiqtən də neo-rasizmin artıq adi siyasi vərdişə çevrildiyi Aİ-nin gələcəyi yaxşı heç nə vəd etmir. Hitlerin 80-90 il əvvəl yaydığı zərərli ideologiyanın yeni toxumları daha təhlükəlidir.

Sovet İttifaqı idarəçiliyin və ideoloji böhran səbəbindən 70 il sonra dağıldığı kimi ötən əsrin ortalarında yaradılmış Avropa İttifaqını da eyni tale gözləyir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş