Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Qazaxıstandan heyvan və quş əti məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Türkiyə Qazaxıstandan heyvan və quş əti məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb


Türkiyə Qazaxıstandan heyvan və quş əti məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Qazaxıstan" verib.

Bildirilib ki, iyunun 7-dən etibarən Qazaxıstan məhsullarının Türkiyə bazarına çıxarılmasına mane olan bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

Məlumata görə, 2005-ci ildən quş qripi, 2016 və 2022-ci illərdən isə dabaq və nodulyar dermatit üçün məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, 2024-cü ilin martında Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Naziri Aydarbek Saparov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nazirlərinin Tarazda keçirilən iclasında maneələr məsələsini qaldırıb.

Türkiyə Respublikasının kənd təsərrüfatı nazirinin müavini Gizligider Ebubekir ilə ikitərəfli görüşdə maneələrin aradan qaldırılması məsələləri geniş müzakirə olunub.
Yekun qərar may ayında Qazaxıstan Respublikasının kənd təsərrüfatı nazirinin müavini A.Berdalinin Türkiyənin kənd təsərrüfatı nazirinin müavini A.Gyumen ilə Dünya Təşkilatının 91-ci sessiyası çərçivəsində apardığı ikitərəfli danışıqların nəticəsi olaraq qəbul edilib.

Natiq Orucov
Xəbəri paylaş