Cari ilin 4 ayında Türkiyəyə birbaşa yatırılan xarici investisiya axını 2,8 milyard dollara çatıb.
Newscenter.az Beynəlxalq İnvestorlar Birliyinə (YASED) istinadən bildirir ki,
aprel ayında Türkiyəyə 1 milyard 278 milyon dollar beynəlxalq birbaşa investisiya gəlib. Bu, ilin ilk 4 ayında ən yüksək aylıq investisiya məbləği idi.
Aprel ayında investisiya axınının 477 milyon dolları investisiya kapitalı şəklində olduğu halda, 452 milyon dolları xarici ölkə vətəndaşlarına daşınmaz əmlak satışları, 353 milyon dolları isə borc alətlərindən ibarət olub. Həmin ayda 4 milyon dollarlıq investisiya ləğv edilib.
2024-cü ilin aprel ayında reallaşan 477 milyon dollarlıq investisiya kapitalı axınında topdan və pərakəndə ticarət sektoru 262 milyon dollar investisiya axını ilə yüzdə 55 pay alıb.
Fuad Hüseynzadə