Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin Misirə səfəri qarşılıqlı əlaqələrin inkişafıns öz töhvəsini verəcək

Azərbaycan Prezidentinin Misirə səfəri qarşılıqlı əlaqələrin inkişafıns öz töhvəsini verəcək


"Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb və 4 aprel 1992-ci ildə iki dövlət arasında diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda ,1994-cü ilin yanvar ayından isə Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir. Bu illər ərzində Misir beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azəırbaycanın yanında olub və onun haqq işini dəstəkləyib".

Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. O bildirib ki, Misir Yaxın Şərqin nüfuzlu ərəb ölkələrindən biri və bu bölgədə söz sahibi olan bir dövlətdir:

"Son onilliklər ərzində iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində bir çox işlər görülsə də qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin işlənməsi sahəsində hələ çox işlər görülməlidi. Azərbaycan Prezidentinin Misirə səfəri qarşılıqlı əlaqələrin inkişafı və daha da dərinləşdirilməsinə öz töhvəsini verəcəkdir. Bu səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bağlanməş anlaşma memoramdumları və digər sənədlər tərəflərin qarşılıqlı əlaqələri dərinləşdirmək niyətindən xəbər verir".

Süleyman
Xəbəri paylaş