Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Yaxın Şərqədəki münaqişə ilə bağlı fikri tam açıq aydındır

Azərbaycanın Yaxın Şərqədəki münaqişə ilə bağlı fikri tam açıq aydındır


"Azərbaycan dövləti hər zaman ədalətin və beynalxaq hüququn tərəfində olub. Fakt olan budur ki, Qəzzada bu gün insanlıq dramı yaşanır. Təbii ki, Azərbaycan buna səssiz qala bilməz".

Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, biz hər zaman İslam həmrəyliyinə sadiq olmuşuq və bu gün bizim Fələstini müdafiə etməyimizdən təbii bir şey yoxdu:

"Həm də nəzərə alaq ki, bəzi qüvvələr haqsızlıq edərək BMT qərarını heçə sayıb Fələstin xalqına öz dövlətlərini yaratmağa imkan vermirlər və İsrailin onun ərazilərini tutmasına şərait yaradırlar. İsrailin bu gün etdiyi beynalxaq hüququn ayaqlar altına alınmasıdır. Bu yolverilməzdir. Azərbaycanın bu məsələdə mövqeyi göründüyü kimi Türkiyə ilə eynidir. 2 dövlətli həll model bu gün ən ideal modeldir və məsələnin həlli üçün həmin modelin tətbiqi zəruridir. Rəsmi Bakı da bunu müdafiə edir".

Politiloq deyib ki, bu gün cənab İlham Əliyev dünyada ən çox sevilən dövlət başçısına çevrilib:

"Cənab Əliyev hər yerdə haqqın tərəfdarı kimi çıxış edir və bu Azərbaycanın mövqeyinin güclənməsinə xidmət edir. Azərbaycan heç kimdən qorxmur, sərbəst şəkildə müstəqil siyasətini aparır. Azərbaycan dövlətinin işi sözdə yox, əməldədir. Ədalət prinsipləri bizim üçün hər şeydən öncədir. Bu gün Azərbaycanın Yaxın Şərqədəki münaqişə ilə bağlı fikri tam açıq aydındır. Qəzzadakı hadisələrə dərhal dayandırılmalı və paytaxtı şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır".

Süleyman
Xəbəri paylaş