Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir kəs ayıq sayıq olmağa çalışmalıdır

Hər bir kəs ayıq sayıq olmağa çalışmalıdır


Misir səfərinin ardınca Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfər etməsi diqqətdən yayınmayıb. Hər iki səfər zamanı Qəzza məsələsinin müzakirə mövzusu olması rəsmi Bakının sözügedən məsələdə mövqeyini bir daha ortaya qoymuş oldu.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazinin qənaətincə, Türkiyə -Azərbaycan qardaşlığı və müttəfiqliyi elə bir yüksək səviyyədə inkişaf edir ki, bunun, dünyanın heç bir yerində ikinci belə bir müttəfiqlik və qardaşlıq nümunəsi yoxdur:

"Bu inkişafın davam etdirilməsi həmçinin, iki ölkənin xarici siyasətində də əsas məqsədlərindən biri kimi önəm daşıyır. Türkiyənin dostu dostumuzdur, düşməni düşmənimiz. Bu həmçinin ən kritik vaxtlarda, Azərbaycanın mənfur qonşumuz Ermənistanla, erməni separatçıları və işğalçıları ilə apardığı müharibə zamanı, erməni havadarlarının üzərimizə hamısının birdən gəldiyi bir vaxtda, qardaş Türkiyənin rəsmilərinin, insanlarının bizə xitabən söylədikləri sözlərdir. Türkiyə Azərbaycanın dar günündə sınaqdan çıxmış qardaş ölkə kimi daima yanımızdadır".

Ekspert deyib ki, son günlər, xüsusilə də Azərbaycan prezidentinin Misir səfərindən sonra bəzi düşmən mövqedə olan qüvvələr yenidən Türkiyə və Azərbaycan münasibətlərinin inkişafına zərbə vurmaq məqsədilə sosial şəbəkələrdə və bəzi saytlar vasitəsilə çirkin, əsassız məlumatlar paylaşırlar:

"Əslində belə şeylər boş propoqandadan başqa bir şey deyil. Amma, bütün bunlar bizim inkişafımıza xələl gətirməməlidir. Bunun üçün hər bir kəs ayıq sayıq olmağa çalışmalıdır".

Anar Əliyev
Xəbəri paylaş