Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İki ölkə arasında münasibətlərdə yeni mərhələ

İki ölkə arasında münasibətlərdə yeni mərhələ


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə səfəri iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin əsasını təşkil edəcək".

Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, bu səfər təkcə siyasi deyil, eyni zamanda iqtisadi sahədə əlaqələrin inkişafına öz töhvəsini verəcək:

"Bakı ilə Qahirə arasında münasibətlərin dərin tarixi kökləri var. İki ölkə arasında əlaqələr sovetlərin zamanında belə inkişaf edib. Bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli liderlər Misirin mərhum prezidenti Hüsnü Mübüarək arasında mövcud olan dostluq münasibətləri Bakı ilə Qahirə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına zəmin yaradırdı".

Anar Əliyev
Xəbəri paylaş