Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdrik siyasi fəaliyyətin bəhrəsi

Müdrik siyasi fəaliyyətin bəhrəsi


Azərbaycanla Türkiyə arasında dostluq-qardaşlığı daha da möhkəmləndirən, onu sıx bağlayan amillərdən biri də tarixi Şuşa Bəyannaməsidir.

Newscenter.az-ın xəbərinə görə, sözügedən tarixi sənəd barədə danışan YAP üzvü Anar Məmmədov deyib ki, Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, müdrik siyasi fəaliyyətinin bəhrəsidir:

"Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi".

Anar Əliyev
Xəbəri paylaş