Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin Fələstinlə bağlı səsləndirdiyi fikirlər beynəlxalq hüquqa əsaslanır

Prezident İlham Əliyevin Fələstinlə bağlı səsləndirdiyi fikirlər beynəlxalq hüquqa əsaslanır


"Prezident İlham Əliyevin, Misir və Türkiyə səfərlərində Fələstinlə bağlı səsləndirdiyi fikirlər beynəlxalq hüquqa əsaslanır. Rəsmi Bakının mövqeyində heç bir dəyişiklik baş verməmişdir. Dövlət Başçımız bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti ikili standartları qəbul etmir və beynəlxalq hüququ, prinsipləri müdafiə edir".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, beynəlxalq hüquq isə, bu məsələdə iki müstəqil dövlətin, İsrail və Fələstin dövlətlərinin yaranmasını şərtləndirir:

"İsrail yarandı, Fələstin isə yox. Paytaxtı Şərqi Qüds olması şərti ilə müstəqil Fələstin dövlətinin yaranması barədə, Birləşmiş Millətlətlər Təşkilatının qərarı mövcuddur. Dünyanın bir çox ölkələri tərəfindən tanınır. Hətta Qəzzada baş verən hadisələrdən sonra, bəzi Avropa ölkələri tərəfindən də tanındı. Proses davam edir. Düşünürəm ki, yaxın zamanlarda Fələstin dövlətinin beynəlxalq hüququn subyektinə çevrildiyinə şahidlik edəcəyik. Əks halda, Yaxın Şərqdə heç zaman sabitlik olmayacaq. Bölgə qlobal güclərin əbədi rəqabət meydanı olacaq".

Süleyman
Xəbəri paylaş