Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan birgə su elektrik stansiyası tikəcək

Qazaxıstan, Qırğızıstan və Özbəkistan birgə su elektrik stansiyası tikəcək


Qazaxıstan, Qırğızıstan və Özbəkistan birgə su elektrik stansiyası tikəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Kambar Ata SES-1 layihəsini üç ölkənin iştirakı ilə birgə həyata keçiriləcək. Bununla bağlı energetika nazirləri müvafiq sazişi imzalayıblar.

Qeyd edək ki, bu günlərdə Vyanada Qırğızıstanın Dünya Bankı və Avstriya hökuməti ilə birgə təşkil etdiyi Beynəlxalq Enerji İnvestisiya Forumu keçirilib. Forumun əsas mövzularından biri Kəmbər Ata SES-1-in tikintisi layihəsi olub.

Bu layihənin həyata keçirilməsinə həsr olunmuş xüsusi sessiya çərçivəsində Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Qırğızıstanın energetika naziri Talaybek Ibraev və Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov arasında bu layihənin hazırlanmasına dair idarələrarası saziş imzalanıb.

Natiq Orucov
Xəbəri paylaş