Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlı və Sabirabadda “Erkən nikaha yox deyək” kampaniyası keçirilib

Saatlı və Sabirabadda “Erkən nikaha yox deyək” kampaniyası keçirilib


“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Saatlı və Sabirabad rayonlarında “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində gənc fəalların və könüllülərin iştirakı ilə ucqar kəndlərdə erkən nikah əleyhinə təbliğat kompaniyalarına başlamışdır.

Təbliğat zamanı kəndlərdə əhalinin sıx toplandığı yerlərdə erkən nikah əleyhinə posterlər asılmış, kənd sakinləri arasında bukletlər paylanılmış, kənd sakinləri ilə fərdi söhbətlər və fikir mübadilələri aparılmışdır. Yerli icra və bələdiyyə nümayyəndələri ilə görüşlər keçirilmiş, binaların qarşısına erkən nikahlar əlehyinə posterlər asılmışdır.
Aparılan fərdi görüşlər və söhbətlər zamanı erkən nikahları yaradan hallar və səbəblər, erkən nikah praktikasının qarşısının davamlı və effektif şəkildə alınması yolları müzakirə edilmişdir. Müxtəlif fikirlər və təkliflər səsləndirilmişdir. Təbliğat kampaniyasının məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları tətbiq və təbliğ etməkdir.

Sözügedən təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra edilir.
Xəbəri paylaş