Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa bəyannaməsi, yeni tarixi gerçəklik

Şuşa bəyannaməsi, yeni tarixi gerçəklik


Tarixi Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümü ərəfəsindəyik. Aradan illər keçsə də, sözügedən sənədin əhəmiyyəti hələ uzun illər öz aktuallığını qoruyacaq.

Newscenter.az-ın xəbərinə görə, hakim partiyanın üzvü Rüstəm Nağıyev deyib ki, Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar:

"Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir".

Anar Əliyev
Xəbəri paylaş