Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici media nümayəndələri Rusiyadan çıxarıla bilər

Xarici media nümayəndələri Rusiyadan çıxarıla bilər


Bir sıra xarici media nümayəndələri Rusiyadan çıxarıla bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maria Zaxarova deyib. Zaxarova ayrı-ayrı ölkələrdə Rusiya jurnalistlərinə təzyiq edilərsə, bunun baş verə bilmə ehtimalından danışıb.

Rusiya XİN rəsmisi deyib ki, qeyd edilən hal baş verərsə, xarici media nümayəndələri ölkədən çıxarılacaq.

"Qərbdə rusiyalı jurnalistlərə qarşı təzyiqlər davam edərsə, xarici media nümayəndələrinin cavab tədbirləri ilə ölkədən çıxarılması davam edəcək",-deyə Zaxarova bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş