Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada 95 milyona yaxın insan yoxsulluq riski altında yaşayır

Avropada 95 milyona yaxın insan yoxsulluq riski altında yaşayır


Avropada 95 milyona yaxın insan yoxsulluq riski altında yaşayır.

Newscenter.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) bu barədə məlumat yayıb. Bildirilib ki, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.

Hazırda isə Aİ ölkələrində 94,6 milyon insan yoxsulluq həddində yaşayır.

Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr sırasında 32 faizlə Rumıniya, 30 faizlə Bolqarıstan, 27 faizlə İspaniya və 26 faizlə Yunanıstan yer alır.

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 12 faizlə Çexiya, 14 faizlə Sloveniya, 16 faizlə Finlandiya və Polşadır.

Yoxsulluq səviyyəsi Almaniyada 21,3 faiz, Fransada 20,4 faiz, İtaliyada isə 22,8 faiz təşkil edib.

Natiq Orucov
Xəbəri paylaş