Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEEC) dövlət və hökumət başçılarının Zirvə Toplantısı keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, SEEC-in bu dəfəki toplantısı Şimali Makedoniyada baş tutacaq. Paytaxtı Skopyedə keçiriləcək zirvə toplantısında bir sıra regional və beynəlxalq məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi, eləcə də Qəzzadakı vəziyyət də müzakirə ediləcək.
SEEC-in zirvə toplantısında iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Hakan Fidan da Şimali Makedoniyaya səfər edəcək.
Anar Əliyev