Bu gün Şuşa növbəti sakinlərinə, 85 nəfər olmaqla, 21 ailəyə həm öz, həm də onların mənzillərinin qapılarını açdı.
Newscenter.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov sakinləri təbrik edib, yeni mənzillərində sağlam və əbədi ömür sürməyi arzu edərək, açarları onlara təqdim etdi. Təqdimatda eyni zamanda, Şuşa rayonunda Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov və məsləhətçi İsmayıl İsmayılov da iştirak edirdilər.
Ümumilikdə bu günə kimi 126 ailə olmaqla, 491 nəfər Şuşa şəhərinə köç edib.
Süleyman