Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fidan: "Netanyahu hökuməti sistematik qətliamını davam etdirir"

Fidan: "Netanyahu hökuməti sistematik qətliamını davam etdirir"



İsrailin baş naziri Benyamin Netanyahu hökuməti sistematik qətliamını davam etdirir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, dünya birliyi bu qətliamın qarşısını almayacağı təqdirdə İsrail rəhbərliyinin qırğınları davam edəcək. Hakan Fidan təəssüf hissi ilə qeyd edib ki, bəzi ölkələr nəinki bu soyqırıma qarşı çıxırlar, əksinə İsrailə silah verirlər:

""İsraili qeyd-şərtsiz dəstəkləyən ölkələr hələ də bu qırğına məhəl qoymurlar. Bununla kifayətlənmirlər və İsrailə davamlı olaraq silah və sursat yardımı edirlər. Vəziyyət göz qabağındadır".

Mehman Mehdiyev
Xəbəri paylaş