Konqo Demokratik Respublikasında batan qayıqda həlak olanların sayı açıqlanıb.
Newscenter.az Röytersə istinadən bildirir ki, bədbəxt hadisə zamanı ən azı 80 sərnişin həlak olub. Qayığın mühərrikdə baş vermiş texniki nasazlıq səbəbindən batdığı ehtimal olunur.
Məlumat üçün qeyd edək ki. Konqo Demokratik Respublikasının Mai-Ndombe əyalətində batan qayıqda 271 sərnişin olub.
Qayıq Muşie şəhərindən Kva çayı üzərindəki Lebida şəhərinə hərəkət edirmiş.
Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşən 86 nəfərin axtarış-xilasetmə işlərinin davam edir.
Mehman Mehdiyev