Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron tarixin zibilliyinə atılmağa məhkumdur

Makron tarixin zibilliyinə atılmağa məhkumdur


"Özünü böyük siyasətin “patriarx”larından biri sayan Fransa prezidenti Emmanuel Makronun eqosuna dəyən zərbə həqiqətən də ağır, sarsıdıcı zərbədir. 6-9 iyun tarixlərində baş tutan Avropa Parlamentinə seçkilərdə Fransanın ifrat sağçı "Milli Birlik" partiyasının qalib gələrək əzici üstünlük əldə etməsi Makron üçün gözlənilməz olduğu qədər də, yolun sonunu göstərən çox ciddi siqnal oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, artıq heç kimə sir deyil ki, hakim “İntibah” Partiyası (Makronun partiyası) sürətlə mövqelərini itirir:

"Orta statistik fransızlar Makronun uğursuz xarici siyasətindən və social-iqtisadi problemlərdən yorulublar. Fransa cəmiyyəti dəyişikliyə hamilədir. "Europe 1" radiostansiyası da məhz bu danılmaz reallığı nəzərdə tutaraq Makronun ultramillətçi sağçıların (Marin Le Penin və Jordan Bardellanın rəhbərlik etdiyi “Milli Birlik” Partiyasının) Avropa Parlamentinə seçkilərdə uğur qazanması fonunda və qarşıdan gələn ölkədaxili parlament seçkilərinin nəticəsindən asılı olaraq istefa verəcəyi proqnozunu irəli sürüb.

Lakin görünən budur ki, “Hakimiyyət şirin şeydir” düşüncəsi ilə yaşayan Fransa prezidentinin Yelisey Sarayından getmək, böyük siyasətdən çəkilmək fikri yoxdur. Bunu onun "Le Figaro" nəşrinə müsahibəsindən də açıq-aydın görmək mümkündür. Belə ki, sözügedən müsahibəsində Emmanuel Makron qarşıdan gələn parlament seçkilərinin nəticəsindən asılı olmayaraq istefa verməyəcəyini bildirib. Ancaq son sözü Makron yox, təbii ki, fransız seçiciləri deyəcək".

Əlisahib Hüseynov qeyd edib ki. iyunun 30-na təyin edilmiş erkən parlament seçkilərinin nəticələri Makron üçün həqiqətən də yolun sonu ola bilər:

"Fransız xalqı iyrənc neokolonializm siyasətinin davam etdirilməsinə görə Fransanın Afrikadan qovulmasını, Yeni Kaledoniyanı itirmək təhlükəsi ilə üzləşməsini, Cənubi Qafqazda ermənipərəst siyasətinin iflasa uğramasını yəqin ki Makrona bağışlamayacaq. Ədalətsiz neokolonializm və neoimperializm siyasətini yürüdən əksər liderlər kimi Makron da tarixin zibilliyinə atılmağa məhkumdur".

Süleyman
Xəbəri paylaş