Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Misir səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək

Prezidentin Misir səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə səfəri təkcə ölkə mediası deyil, xarici mətbuatda da geniş şərh edilməkdədir. Birmənalı olaraq ifadə edilən fikir ondan ibarətdir ki, dövlət başçısının Misirə səfəri Bakı ilə Qahirə arasında münasibətlərdə yeni bir mərhələnin əsasını qoyacaq və bu səfər ikitərəfli əlaqələrin inkişafına təkan verəcək. Elə YAP üzvü, ADAU-nun baş müəllimi Çinarə Səfərova da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Çinarə Səfərova deyib ki, Prezident İlham Əliyevin iyunun 8-də Misirə səfəri bu ölkə ilə ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. O qeyd edib ki, ötən illərdə də iki ölkə arasında mühüm yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur:

"Eyni zamanda, Misirin də daxil olduğu Ərəb Liqasının bütün üzv dövlətləri də Qoşulmama Hərəkatının (QHH) üzvüdür. 24-26 oktyabr 2019-cu il tarixlərində Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının (QHH) 18-ci Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Beləliklə, Azərbaycan və Misir Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimadı və dəstəyi gücləndirdi".

Çinarə Səfərova bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi Misir rəsmiləri tərəfindən dəfələrlə yükəsk qiymətləndirilib:

"Bu təşkilatın gücləndirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səyləri onlar xüsusi qeyd ediblər".

Anar Əliyev
Xəbəri paylaş