Qazaxıstan litium istehsal edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə Astana Cənubi Koreya ilə əməkdaşlıq edəcək. Sözügedən sahədə əməkdaşllğın perspektivləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Cənubi Koreyanın KIGAM şirkətinin prezidenti Pyeong-Koo Li və SK Ecoplant şirkətinin vitse-prezidenti Hansol Paeki ilə görüşdə müzakirə edilib.
Görüşdə Qazaxıstan və Cənubi Koreya arasında geoloji kəşfiyyat və mədənçıxarma sahələrində əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Fuad Hüseynzadə