Son illər tibb sahəsində tez-tez rast gəlinən ifadələrdən biri də şişirdilmiş emosional reaksiyalardır.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, şişirdilmiş emosional reaksiyalar mənfi və müsbət duyğularını şişirdilmiş şəkildə yaşayır və kənara bildirirlər. Psixoloqun sözlərinə görə, bu duyğular arasında ani keçidlər edirlər:
"Kənardan baxdıqda duyğularını rahatlıqla ifadə edən biri kimi görünsələr də, bu hal emosiyalarına nəzarət edə bilməməklə bağlıdır".
Ülviyyə Murtuzova deyib ki, cinsi soyuqluq flörtiyoz görüntü isə qarşı cinsə, cinsəlliklərini ön planda tutaraq yanaşırlar:
"Flört edirmiş kimi görünürlər, amma bu qarşısındakı insana marağı olduğunu və ya cinsəl çəkim hiss etdiyi ilə deyil. Diqqəti özünə çəkmək və özünütəsdiqə bağlı ehtiyacdan qaynaqlanan haldır. Cinsi istəkləri o qədər də çox olmur, cinsi münasibət qurmaqdan çəkinirlər".
Anar Əliyev