Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəsin pozulması öncədən planlaşdırılmış açıq-aşkar təxribatdır

Atəşkəsin pozulması öncədən planlaşdırılmış açıq-aşkar təxribatdır


"Təxminən iki aylıq fasilədən sonra Azərbaycan və Ermənistan sərhədində növbəti dəfə atəşkəsin pozulması, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutması qətiyyən təsadüfi hadisə sayıla bilməz".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, qalib Ordumuz müvafiq cavab tədbirləri görməklə, atəşkəsi pozanları dərhal susdurub:

"Lakin bu təxribatlar yenidən təkrarlana bilər. Çünki bu təxribatlar Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı, sülhə qarşı yönəlib. İki ölkə son həftələrdə addım-addım sülhə doğru yaxınlaşdıqca, Erməni Apostol Kilsəsinə və müharibə canisi, sabiq prezident Robert Köçəryana bağlı revanşist qüvvələr də getdikcə daha da fəallaşır, azğınlaşırlar. Bu mənada ötən gün İrəvanın mərkəzində, Parlament binasının önündə Köçəryandan və 2-ci Qaregindən təlimat alan keşiş Baqrat Qalstanyanın tərəfdarlarının hökumət qüvvələrinə qarşı zorakılıqlara yol verməsi də atəşkəsin pozulması ilə əlaqəlidir".

Əlisahib Hüseynov deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da ötən gün etirazçılara məhz II Qareginlə Köçəryanın rəhbərlik etdiyini söylədi:

"Bu baxımdan, İrəvanın mərkəzində keşiş Baqrat Qalstanyanın adamlarının zorakılığa yol verməsi də, Naxçıvan istiqamətində atəşkəsin pozulması da sözsüz ki, bir-birilə zəncirvari bağlıdır. Bu təxribatların arxasında dayanan qüvvələrin əsas hədəfi ilk növbədə ötən gün parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanmasının mümkünlüyünü bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqelərini zəiflətmək, danışıqlar prosesini pozmaq, sülhün imzalanmasına hər vəchlə mane olmaqdır.

Bu mənada atəşkəsin pozulması öncədən planlaşdırılmış açıq-aşkar təxribatdır. Təxribatı törədən revanşist qüvvələrin bir digər məqsədi isə Azərbaycan tərəfini sərt cvab tədbirləri görməyə təhrik etməkdir. Bu da öz növbəsində yenidən hərbi eskalasiyaya, geniş miqyaslı silahlı toqquşmalara gətirib çıxara bilər. Nəticədə isə sülh danışıqları yenidən tormozlana və arxa plana keçə bilər. Revanşistlərin atəşkəsi pozması da yəqin ki, elə buna hesablanıb. Lakin bu kimi məkrli təxribatlarla sülh prosesinin qarşısını almaq mümkün deyil. Əslində bu təxribatlar Ermənistan hakimiyyətinə imkan verir ki, sülh prosesinə mane olmaq istəyən pozucu, revanşist qüvvələrə qarşı daha sərt tədbirlər görsün. Paşinyan təxribatçıları neytrallaşdırmaqla sülh prosesinə aparan yolu sonuncu maneələrdən də təmizləmiş olar".

Süleyman
Xəbəri paylaş