ABŞ prezidenti Co Bayden Belarus hökumətinin nümayəndələrinə qarşı Amerika sanksiyaları rejimini bir il müddətinə uzadıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, dövlət başçısının müvafiq qərarı Ağ Ev tərəfindən verilib.
Sənədə əsasən, “Belarus hökumətinin bəzi nümayəndələrinin və digər şəxslərin hərəkətləri və siyasəti, o cümlədən Belarus rejiminin [Prezident Aleksandr Lukaşenkonun] zərərli fəaliyyəti və uzun müddət davam edən sui-istifadələri fövqəladə təhlükə yaratmaqda davam edir”.
Baydenin sözlərinə görə, onlar həmçinin Belarusda demokratik prosesləri və institutları sarsıdırlar. Vaşinqtonun fikrincə, siyasi repressiyalarla bağlı insan hüquqlarının pozulması, o cümlədən insanların saxlanması və yoxa çıxması, korrupsiya və dövlət əmlakından sui-istifadə və vəzifə səlahiyyətlərindən sui-istifadə halları mövcuddur. Bununla bağlı ABŞ prezidenti əlavə edib ki, o, prezidentin 2006-cı il fərmanı ilə nəzərdə tutulmuş sanksiya rejimini daha bir il uzadıb.
Söhbət 2006-cı ilin iyununda ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşun imzaladığı və Vaşinqtonun fikrincə, Belarusda “demokratik proseslərə və institutlara xələl gətirən” şəxslərə məhdudiyyətlər nəzərdə tutan fərmandan gedir.
Fuad Hüseynzadə