Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda keçirilən aksiyalar hakimiyyəti dəyişəcək gücdə deyil

Ermənistanda keçirilən aksiyalar hakimiyyəti dəyişəcək gücdə deyil


"Ermənistanda keçirilən aksiyalar hakimiyyəti dəyişəcək gücdə deyil. Çünki etirazçılar hakimiyyəti dəyişəcək gücə malik insan kütləsi yığa bilmirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, aksiya iştirakçıları yalnız dövlət qurumlarına basqın etmək, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya getmək, xaos yaratmaq kimi addımlar atırlar ki, bu da etirazçıların əsl mahiyyətini üzə çıxarır:

"Qeyd etdiyim kimi hakimiyyətə etiraz edən kütlə məhdud saydadır. Hakimiyyəti dəyişmək istəyən qüvvənin ətrafında birləşən etirazçı kütləsi çox olmalıdır. Ancaq Ermənistanda biz bunu görmürük. Baqrat Qalstiyan nə qədər çalışsa da, ancaq ətrafına istədiyi sayda insan toplaya bilmir. Çünki onun həm müharibə ritorikası, həm də revanşist çıxışları var. Bunun əksinə olaraq isə nə iqtisadiyyatın dirçəldilməsi, nə də sosial sahədə islahatlarla bağlı heç bir vədi yoxdur. Ona görə də erməni xalqı bu tipli mitinqlərə getmir".

Süleyman
Xəbəri paylaş