Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS daimi atəşkəs tələb edir

HƏMAS daimi atəşkəs tələb edir


Həmas girovlarla bağlı razılığa gəlmək üçün daimi atəşkəs tələb edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, HƏMAS İsrail hakimiyyətindən atəşkəs zəmanəti verməsini tələb edir. Eyni zamanda, İsrail tərəfi təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib. Bu müddət ərzində İsrail və Həmas daimi atəşkəsin daxil olacağı ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar.

Qeyd edək ki, mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. Birincisi altı həftə üçün nəzərdə tutulub və tam atəşkəs, İsrail qoşunlarının məskunlaşan ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur. Həmçinin bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və atəşkəs qarşılıqlı anlaşma əldə olunana qədər qüvvədə qalacaq. İkinci mərhələ bütün girovların, o cümlədən hərbi qulluqçuların azad edilməsini nəzərdə tutur. Üçüncü mərhələ Qəzza zolağının bərpası və ölən israillilərin qalıqlarının yaxınlarına təhvil verilməsidir.

Anar Əliyev
Xəbəri paylaş