İspaniyanın baş naziri Pedro Sançes Fələstin dövlətinin tanınmasının zəruriliyini bildirib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İspaniya baş naziri bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Baş nazir, "Biz bütün Avropa ölkələrini Fələstini tanımağa çağırırıq",-deyə vurğulayıb.
Prezident Ərdoğanla keçirdiyi mətbuat konfransında İspaniyanın baş naziri Pedro Sançes, "Başqa çarə yoxdur. Qan tökülməsinin dayandırılması üçün əlimizdən gələni etməliyik. Cənab Ərdoğan edir. Biz eyni istiqamətdə irəliləyirik”,-deyə sözlərinə davam edib.
Anar Əliyev