Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanı devirmək asan olmayacaq

Paşinyanı devirmək asan olmayacaq


"Ermənistanda vəziyyətin gec-tez qarşıdurma həddinə gələcəyi gözlənilirdi. Rusiyadan Ermənistanın uzaqlaşması, həm də Rusiyanın Qərblə əvəz edilməsi prosesinin sakit keçəcəyini gözləmək də sadəlövhlük olardı".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Ermənistanda cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, sadəcə Paşinyan artıq seçimini etdi:

"O, Qərbi Rusiya ilə əvəz etməyə nəhayət ki, qərar verib. Uzun zaman idi bu barədə qərar verməyə risk etməyən, lazımı siyasi konyukturun gəlməsini gözləyən Paşinyan axır ki, fikrini qətiləşdirib. KTMT-dən də çıxaracaqlarını elan etdi. O, bundan sonra geridönüşün olmadığının mesajını Münhen konfransında Azərbaycan Prezidenti ilə debatda vermişdi. O, bunu "rubikon" adlandırmışdı. Rubikon isə keçilməli olan incə sərhəddin keçildikdən sonra bir daha geri dönüşü olmadığı anlamına gəlir".

Azər Qasıov deyib ki, bundan sonrası üçün bütün ssenarilər mümkündür:

"Paşinyanın silah yolu ilə hakimiyyətdən getməsindən tutmuş, terror edilməsi, Rusiyanın Ermənistana ordu yeritməsinə kimi. Təbii ki, bunların mümkün olması üçün qarşı tərəfin imkanı olmalıdır".

Partiya rəsmisi hesab edir ki, Paşinyan üçün nə qədər çətin olsa da, onu devirmək asan olmayacaq:

"Hətta bu, mümkün olmayacaq. Paşinyan istər erməni toplumunda, istərsə də dövlətdə öz yerini möhkəmləndirib. Vəziyyətin nəzarətdən ciddi şəkildə çıxacağına ehtimal vermirəm. Rusiya da Paşinyanı devirmək adı altında erməni toplumunun böyük əksəriyyətini cəzalandırmaq istəməz. Hər hansı bir proses təbii yolla olmalıdır. Süni şəkildə olduqda Ukrayna olacaq".

Süleyman
Xəbəri paylaş