Ruslar Krıma S 500 Prometheus Hava Müdafiə Sistemi yerləşdirib. Rusların bu qərarı başa düşüləndir. Çünki son vaxtlar Ukyana ordusu ABŞ tərəfindən verilən ATACMS ballistik raketlərin texnoloji üstünlüklərindən maksimum dərəcədə yararlanmağı bacarır və Rusiya ordusuna məxsus hərbi obyektlər, xüsusilə işğal altındakı Krımda yerləşdirilən S 400 və S 300 HHM sistemləri hədəf alınaraq məhv edilir.
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, ruslar yarımadaya S 500 sistemi yerləşdirməklə daha etibarlı havadan müdafiə imkanları formalaşdırmağa çalışır:
"Çünki S 400 və yaxud S 300-lərin ATACMS kimi ballistik raketlərin qarşısını alacaq imkanları demək olar ki məhduddur. Lakin S 500 klassik HHM sistemlərindən fərqli olaraq tamamilə anti-ballistik əsaslı sistemdir və kağız üzərində olan göstəricilərinə nəzər salarsaq Ukrayna ordusunun istifadə etdiyi raketləri zərərsizləşdirmək iqtidarındadır. Təbii ki, sistemin effektivliyi real döyüş şəraitinə bilindiyi üçün bu qərarın hərbi nəticələrini irəliləyən dönəmdə daha aydın müşahidə edəcəyik".
Mehman Mehdiyev