Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Azərbaycan dostluq-qardaşlığının dünyaya bir daha nümayişi

Türkiyə-Azərbaycan dostluq-qardaşlığının dünyaya bir daha nümayişi


"3 il bundan əvvəl imzalanmış tarixi Şuşa Bəyannaməsi təkcə iki qardaş ölkə arasında imzalanan sıradan bir sənəd deyildi, bu həm də 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının daima dalğalanacağına verilən zəmanət idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu sənəd həm də Azərbaycan və Türkiyənin dostluq-qardaşlığının dünyaya bir daha nümayişi idi:

"2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” dostluğun, qardaşlığın yeni tarixi mərhələsi idi.

Müttəfiqlik haqqında imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və sənəddə göstərilən bütün müddəalar keyfuyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır".

Süleyman
Xəbəri paylaş