Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada enerji böhranı yaşanır

Ukraynada enerji böhranı yaşanır


Ukraynada elektrik enerjisi qıtlığı yaşanır.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ukraynanın energetika naziri Herman Qaluşenko ölkənin enerji sisteminin istehsal gücünün yarısını itirdiyini açıqlayıb.

"Qışa qədər 5 ayımız var. İndi özümüzü müdafiə edə bilməsək təmir apara bilmərik. 50 faiz qışdan sağ çıxmağa bəs etmir. Onların bizə yenidən hücum etmək üçün vaxtları var. Hətta biz belə bəzi hissələri təmir etsək, hava hücumundan müdafiəsiz faydasız olacaq".

Onun sözlərinə görə, elektrik enerjisi çatışmazlığını idxal hesabına ödəmək mümkün olmadığından ukraynalılar artıq elektrik enerjisinin verilməsində məhdudiyyətlərlə üzləşiblər.

Mehman Mehdiyev
Xəbəri paylaş