Vətənpərvər şair, iş adamı Gülağa Tənhanın xeyriyyə aksiyaları müntəzəm olaraq davam edir.
Newscenter.az xəbər verir ki, belə xeyriyyə aksiyalarından biri Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə təşkil olunub. Belə ki, Gülağa Tənhanın təşəbbüsü ilə 15 iyun Qurtuluş Günü və Qurban bayramı münasibətilə Facebookda "ƏRKİVANIM" qrupunun aktiv üzvlərinə, şəhid və qazi ailələrinə bayram sovqatı paylanılıb.
Bayram sovqatı 700-yə yaxın şəxsə hədiyyə olunub.
Gülağa Tənha müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib, hər kəsə xoş və firavan günlər arzulayıb.
R.Mehdiyeva