18 iyun 2024-cü il tarixində gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.
Bildirilib ki, içməli suyun verilməsində məhdudiyyət yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədardır.
"Bununla əlaqədar abonentlərdən üzr istəyirik",-deyə məlumatda bildirilir.
Süleyman