Mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalına istinadən bildirir ki, may ayında 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 2.2% azalaraq 5.9 ABŞ dolları səviyyəsində qərarlaşıb.
2024-cü ilin may ayında Avropa bazarında son bir il ərzində özünün ən yüksək həddinə çatan qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 3.3% artaraq 9.7 ABŞ dolları səviyyəsində olub.
Natiq Orucov