Qazaxıstanın paytaxtı Astana şəhərində KTMT-nin Müdafiə Nazirləri Şurası yanında elektron müharibə üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, tədbirdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Elektron Müharibə Qüvvələrinin rəisi general-leytenant Yuri Lastochkin, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikasının müdafiə idarələrinin nümayəndələri iştirak ediblər.
İclasda müasir silahlı münaqişələrdə elektron döyüş qüvvə və vasitələrinin tətbiqi təcrübəsi, “Qarşılıqlı fəaliyyət-2023” birgə təlim-məşq toplanışı çərçivəsində elektron döyüş bölmələrinin birgə istifadəsinin təşkili üzrə tədqiqatların nəticələri, habelə təchizat sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Müzakirənin nəticələrinə əsasən qərara alınıb ki, elektron müharibə sahəsində təşkilatın normativ hüquqi bazasının daha da təkmilləşdirilməsi zəruridir.
Fuad Hüseynzadə