Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni səfirlər təyin edib.
Newscenter.az "Akorda"-ya istinadən bildirir ki, dövlət başçısı bununla bağlı bir neçə sərəncam imzalayıb.
Sərəncamlara əsasən,Nurlan Noqayev Qazaxıstanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl bu vəzifəni Əsgər Tacıbayev tutub.
Tokayev həmçinin Azamat Abdıraimovu Qazaxıstanın Finlandiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Anar Əliyev