Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluğu yaxın vaxtlarda açılacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
O bildirib ki, Ermənistanda baş konsulluğun açılması ilə bağlı göstəriş verilib:
"Biz bunu ilin sonuna qədər gözləyirik”.
XİN rəsmisi həmçinin qeyd edib ki, Maldiv adaları, İndoneziya və Bali adalarında da Rusiyanın yeni nümayəndəlikləri açılacaq.
Fuad Hüseynzadə