Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə 21 ölkədən təbii qaz idxal edir

Türkiyə 21 ölkədən təbii qaz idxal edir


Keçən il Türkiyə 21 fərqli ölkədən təbii qaz idxal edib.

Newscenter.az-ın Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən verdiyi xəbərə görə, təbii qaz idxalında Rusiya 42,27 faiz payla birinci, Azərbaycan 20,32 faizlə ikinci, Əlcəzair 11,86 faizlə üçüncü, İran 10,71 faizlə dördüncü, ABŞ isə 7,95 faiz payla beşinci yerdədir.

Türkiyə Rusiyadan 21 milyard 340 milyon kubmetr təbii qaz idxal etdiyi halda, ən azı 92 milyon kubmetr təbii qaz Omandan alınıb. Norveç, Braziliya və Mozambik kimi ölkələr təbii qazın idxal edildiyi yerlər arasında olub.

Uzunmüddətli LNG müqaviləsi çərçivəsində Əlcəzairdən təqribən 6 milyard kubmetr təbii qaz idxal edildiyi halda, ABŞ-dan 4 milyard kubmetr, Misirdən isə 1,32 milyard kubmetr LNG idxal edilib. Fransa və Belçika az miqdarda LNG-nin alındığı ölkələr arasında yer alıb.

Ümumi idxalın 90,45 faizi BOTAŞ, 3,43 faizi Akfel Qaz Sənaye və Ticarət AŞ, 2,77 faizi Bosphorus Qaz, 1,98 faizi Kibar Enerji, 0,97 faizi Socar Enerji, 0,39 faizi isə Ege Gaz AŞ tərəfindən həyata keçirilib.

Natiq Orucov
Xəbəri paylaş