Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 5 ayda 27,6 min elektrikli avtomobil satılıb

Türkiyədə 5 ayda 27,6 min elektrikli avtomobil satılıb


Türkiyədə ilin ilk 5 ayında 27,6 min elektrikli avtomobil satılıb.

Newscenter.az Avtomobil Distribyutorları və Mobility Dərnəyinə (ODMD) istinadən bildirir ki, Türkiyədə ilin ilk 5 ayında elektrikli avtomobil satışlarının sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə yüzdə 257,3 artaraq 27 min 604-ə çatıb.

İlin ilk beş ayında avtomobil və yüngül ticari avtomobil satışları 6 faiz artıb. Belə ki, may ayının sonu etibarilə cəmi 471 min 743 yeni avtomobil satılıb.

Sözügedən dövrdə avtomobil satışları 10,25 faiz artaraq 375 min 97 olarkən, yüngül ticari vasitə satışları 7,9 faiz azalaraq 96 min 646 olub.

Anar Əliyev
Xəbəri paylaş