Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hakimiyyəti ilə ordu daxilində bəzi qüvvələrin maraqları üst-üstə düşmür

Ermənistan hakimiyyəti ilə ordu daxilində bəzi qüvvələrin maraqları üst-üstə düşmür


Naxçıvandan sonra Ermənistan silahlı qüvvələri bu dəfə də Kəlbəcər istiqamətində ordumuzun mövqeylərini atəşə tutublar.

Müsbət dinamika ilə davam edən danışıqlar fonunda rəsmi İrəvanın bu tip yanaşma sərgiləməsində məqsəd nədir?

Bu sualın bir neçə versiyada cavabı ola bilər və bunların hər birinin müəyyən mənada doğruluq payı vardır.

İlk öncə onu qeyd etməkdə fayda var ki, hazırki Ermənistan hakimiyyəti ilə ordu daxilində bəzi qüvvələrin maraqları üst-üstə düşmür. Bunlar 3-cü qüvvələrin maraqlarına xidmət edən 5-ci kalon nümayəndələridir və baş nazir Nikol Paşinyan da tez-tez ordu daxilində 5-ci kalon nümayəndələrinin olduğunu etiraf edir və onlara qarşı mübarizə apardığını qeyd edir.

Digər bir versiya isə 2020-ci ildən sonra Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışlarının məntiqi nəticəsi olaraq ölkə ərazisinə çox sayda terroristlərin gəlməsi və onların ölkəmizlə şərti sərhəddə mühafizə tədbirlərinə cəlb edilməsi ilə bağlıdır. Aydındır ki, ordu nizamından xəbərsiz terrorçu zehniyyəti ilə fəaliyyət göstərən qruplaşmalar, onları bura yönləndirən dairələrin göstərişlərini qeyri-şərtsiz olaraq yerinə yetirirlər. Baxmayaraq ki, rəsmi İrəvan həmin qruplaşmaları vətənpərvər könüllülər olaraq qələmə verib, lakin, bu faktları heç vaxt dəyişə bilməz.

Başqa bir versiya isə Fransanın təhriki və hərbi yardımları çərçivəsində bir başa olaraq Ermənistan rəhbərliyinin atəşkəsi pozmaqla danışıqları sabotaj etmək cəhdləri ola bilər. Bu da istisna deyil.

Ancaq bütün hallarda məsələnin kökü qarşı tərəfə bağlıdır və hər hansı bir versiya doğrultusunda probleminin həlli Nikol Paşinyan və komandasının üzərinə düşür. Azərbaycan tərəfi yalnız nəticəyə baxıb qərar qəbul edir.

Pərviz Mirizadə, AVP sədrinin müşaviri
Xəbəri paylaş