Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ermənistan və Fransa anlamalıdır ki, Prezident İlham Əliyevin xəbərdarlığı hər zaman gündəmdədir”

"Ermənistan və Fransa anlamalıdır ki, Prezident İlham Əliyevin xəbərdarlığı hər zaman gündəmdədir”


Fransa Ermənistanı silahlandırmaqla regionu barıt çəlləyinə çevirmək istəyir. Amma Azərbaycn Prezidentinin xəbərdarlığı gündəmdədir. Dövlət başçımız bu ilin əvvəlində yerli telekanallara müsahibəsində bildirmişdi ki, bizə qarşı real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik. “Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu” deyən ali baş Komandan Ermənistana xəbərdarlıq edərək bəyan etmişdir ki, Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Yəni, Ermənistan da, Fransa da adekvat cavabın özünü çox gözlətməyəcəyini hər an gündəmdə saxlamalıdır.

Rəsmi Bakı forpost Ermənistan üzərindən regionun poliqona çevrilməsinə imkan verməyəcək.

Fransanın davranışları açıq şəkildə müharibəyə aparan yoldur. Rəsmi Paris regionda sülhə imkan vermir. CAESAR haubitsalarının Ermənistana tədarükünə dair saziş rəsmi Parisin Cənubi Qafqazda növbəti eskalasiya mərhələsini təhrik etməsini təsdiqləyir. İstisna deyil ki, Fransa Ermənistana əlavə silah verəcək, hətta bu ölkədə özünün hərbi bazasını yerləşdirməyi də düşünür. Çünki silah tədarükü ilə eyni vaxtda bəzi fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış da edib. Amma bu təhlükəli çağırışlar Ermənistan üçün fiasko olacaq.

Könül Nurullayeva, Milli Məclisin deputatı
Xəbəri paylaş