Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonar suveren dövlət kimi dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfil siyasi, iqtisadi, mədəni əlaqələr yaradıldı. Dünyanın əksər dövlətləri Azərbaycanla siyasi əlaqələri daha da möhkəmlətməkdədir. Bu baxımdan dünyanın böyük dövlətlərinin televiziya kanalları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibələr götürməklə bu və ya digər dünyəvi məsələlərin şərh edilməsinə maraq göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 21-də “Euronews”ə müsahibəsi də bu qəbildəndir. Müsahibə son illərin qlobal problemlərini əhatələyib və dövlət başçımız verilən sualları Azərbaycanın dövlət maraqları baxımından şərh edib. Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.
Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etdiyini, tədbirin 1994-cü ildə təşkil olunduğunu, 30 ildir keçirildiyini, hər enerji tədbirinin ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmadığını, onun unikal mahiyyətə və gücə malik olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Azərbaycan Respublikasının Prezidenti cənb lham Əliyevin “Euronews”a verdiyi müsahibə Azərbaycan gerçəkliklərini ifadə edir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı