Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır

Atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır


Atəşkəs Naxçıvan istiqamətində pozulanda belə versiyalar səslənirdi ki, bu Ermənistandakı təxribatçı qüvvələrin Zəngəzur dəhlizinin reallaşması və Kərki kəndinin geri qaytarılması mümkünlüyü əleyhinə atılmış addımdır, gedişata mane olmaq istəyirlər. Atəşkəsin Kəlbəcər istiqamətində pozulmasının arxasında da Ermənistandakı revanşist qüvvələrin dayanması ehtimalı yüksəkdir. Bunun mexanimzi çox sadədir.

Qarabağ klanı və ya digər radikal qüvvələr ordudakı tərəfdarlarından bir qrupuna mesaj göndərirlər ki, Azərbaycan tərəf atəş açın. Və ya radikal qüvvələrin nümayəndələrindən bir qrupu maşınla sərhəd kəndlərdən birinə yaxınlaşaraq Azərbaycan tərəfə atəş açırlar. Bu ilin fevral ayında qarşı tərəf atəş açaraq hərbçimizi yaraladıqda, baş nazir Nikol Paşinyan bunun təxribat olduğunu anlayaraq orduda bəzi yerdəyişmələr etdi.

Ancaq bu prosesi ya sona çatdıra bilmədi, ya sona çatdırmağa risq etmədi. Bütün hallarda atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır, bu isə öz növbəsində danışıqlar prosesinə mənfi təsir edir.

Elxan Şahinoğlu, politoloq
Xəbəri paylaş