Tərtərdə baş verən ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un Qarabağ Bürosunun məlumatına görə, bədbəxt hadisə ov zamanı baş verib.
Belə ki, 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu bacısı oğlu Süleymanlı Eltac Bəylər oğlu ilə birlikdə dovşan ovuna gediblər. A.Əhmədov qoşalülə tüfəngin çaxmağını bağlamağı unudub. O, vurduğu dovşanı götürmək aşağı əyilərək tüfəngin qayışını kürəyinə keçirmək istəyib. Bu zaman atəş açılıb və güllə arxadan gələn E.Süleymanlıya dəyib.
E.Süleymanlı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.