Qurban bayramı ərəfəsində Türkiyədə 1 milyon 111 min 957 nəfər muzey və tarixi məkanları ziyarət edib.
Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, İzmir Efes xarabalıqları 129 min 987 adamla ən çox ziyarət edilən yer olub. Hierapolis xarabalıqları 111 min 27 ziyarətçi ilə ikinci, Kapadokya Göreme xarabalıqları isə 36 min 661 nəfərlə ən çox ziyarət edilən siyahıda üçüncü məkan olaraq qərarlaşıb.
Ən çox ziyarət edilən ilk 10 muzey və xarabalığa gələnlərin ümumi sayı 482 min 292 nəfər təşkil edib. Digər 166 muzey və xarabalıqlar isə 629 min 665 ziyarətçiyə ev sahibliyi edib.
Fuad Hüseynzadə