Türkiyədə batmaq təhlükəsi ilə üzləşən 26 qeyri-qanuni miqrant xilas edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Muğla sahillərində üzən qayıqda olan 26 qeyri-qanuni mühacir sahil mühafizəçiləri tərəfindən ölümdən qurtarılıb.
Muğlanın Marmaris mahalı sahillərində mühərrik nasazlığı səbəbiylə sürüklənən qayıqda olan 26 nizamsız immiqrant qruplar tərəfindən xilas edilib.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, nizamsız mühacirləri daşıyan rezin qayığın mühərrikində nasazlıq səbəbilə rayon sahillərində sürükləndiyi xəbəri ilə bölgəyə Sahil Mühafizə gəmisi göndərilib və ölümlə üz-üzə qalan qeyri-qanuni miqrantlara kömək edilib.
Komandalar rezin qayıqda 7-si uşaq olmaqla 26 qeyri-qanuni immiqrantı xilas edib.
Mehman Mehdiyev