Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib

COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib



Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib.

Newscenter.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

M.Babayev Avropa Komissiyasının energetika üzrə baş direktorluğunun rəhbəri Ditte Yul Yorqensen ilə görüş keçirib. Görüş zamanı COP29 çərçivəsində iqlim dəyişikliyinin həlli və iqlim maliyyəsi islahatı üzrə ümumi öhdəliklər məsələləri müzakirə edilib.

COP29 prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Alok Şarma ilə də görüşüb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Nərgiz Əzizova
Xəbəri paylaş