Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat hava yolları şirkətini məhkəməyə verir

Deputat hava yolları şirkətini məhkəməyə verir


Qazaxıstan parlamentinin deputatı İrina Smirnova “Air Astana” aviaşirkətini məhkəməyə verəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə deputat sosial şəbəkə hesabında məlumat verib. Deputat bunu şirkətə məxsus təyyarənin təyin edilən vaxtdan tez uçması ilə əlaqələndirib.

İrina Smirnova iddia edib ki, “Air Astana” aviaşirkətinə məxsus təyyarə təyin olunan vaxtdan 7 saat tez havaya qalxıb.

"Saat 23.35-də "Air Astana" ilə Almatıdan Astanaya uçmalı idim. Təyyarə 16.30-da havaya qalxdı! 7 saat əvvəl! Nə mənə, nə də biletləri alan digər insanlara heç bir mesaj gəlmədi! Aviaşirkətə zəng etdim, şikayətimi göndərdilər. təklif olunan biletləri alan şirkətə”, - deputat İrina Smirnova sosial şəbəkələrdə yazıb.

Deputat İrina Smirnova deyir ki, ona heç bir SMS mesajı gəlməyib. O, aviaşirkəti məhkəməyə verəcəyini açıqlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş