Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fövqəladə situasiyalara cavab tədbirlərimizi indidən işləyib hazırlamalıyıq

Fövqəladə situasiyalara cavab tədbirlərimizi indidən işləyib hazırlamalıyıq


"İndi dünya kifayət qədər kiçilib və onun istənilən bir nöqtəsində baş verən hadisələr digər ölkələrə təsirsiz ötüşmür. Ən azı psixoloji təzyiq göstərir. Rusiya-Ukrayna müharibəsi, İsrailin Fələstinə hücumu, baxmayaraq ki, ölkəmizin sərhədlərindən kənarda olur, ancaq bizə təsirsiz ötüşmür. Konkret olaraq Rusiya-Ukrayna müharibəsinə gəldikdə, buğdanın qiymətinin qalxması ilə digər ərzaq məhsullarının da qiyməti yüksəlib. Müharibədə azərbaycanlılar da həlak olurlar və çoxsaylı soydaşımız daimi məskunlaşdıqları əraziləri tərk etmək məcburiyyəti ilə üzləşiblər. Müşahidələr göstərir ki, son vaxtlar müharibə ərazisi getdikcə genişlənməkdədir. Dronlarla strateji obyektlərə zərbələr endirilir, terror aktları törədilir. Təbii ki, bütün bunlar Rusiya və Ukrayna ilə geniş ticarət əlaqəsinə, yaxın siyasi münasibətlərə malik olan Azərbaycan üçün əhəmiyyətli təsir edən faktorlar kimi çıxış edir. Bizimlə həmsərhəd ölkə müharibə aparırsa, bu artıq bizə təsirsiz ötüşə bilməz".

Bu fikirləri Newscenter.az-a politoloq Mütəllim Rəhimli ötən gün Dağıstanda baş verən terror aktı və bu kimi xoşagəlməz halların Azərbaycana mümkün təsirlərini şərh edərkən səsləndirib. Politoloq bildirib ki, onun siyasi, iqtisadi, müliyyə, sosial və s. təsirlərini hiss etməliyik:

"Əgər müharibənin dağıdıcı elementləri sərhəddimizə yaxınlaşırsa üstəlik, əlavə olaraq təhdid yaranır. Uzaqmənzilli raketlərin və digər diversiya qruplarının dağıdıcı zərbələri ölkəmiz üçün də həssas məqamlar vəd edir. Çünki xüsusilə indiki müharibələr hər hansı ssenariyə tabe olmur və öz çevrəsini asanlıqla dəyişə bilir. Bu baxımdan gələcəkdə qonşu ölkədə ortaya çıxa biləcək fövqəladə situasiyalara cavab tədbirlərimizi indidən işləyib hazırlamalıyıq".

Süleyman
Xəbəri paylaş